Mikroplastik təhlükəsi artır: alimlər insan sağlamlığı ilə bağlı xəbərdarlıq edir

Mikroplastik təhlükəsi artır: alimlər insan sağlamlığı ilə bağlı xəbərdarlıq edir

DÜNYA
237

Fins.az - Alimlər mikroplastikin insan sağlamlığı üçün getdikcə daha ciddi təhlükəyə çevrildiyi barədə xəbərdarlıq edirlər.

350-dən çox elmi tədqiqatın nəticələrini birləşdirən beynəlxalq hesabatda qeyd olunur ki, ölçüsü 5 millimetrdən kiçik olan plastik hissəciklər artıq geniş yayılıb və yalnız ətraf mühitdə deyil, insan orqanizmində də aşkar edilir.

Araşdırmalara görə, mikroplastik hissəciklər su, hava və torpaqla yanaşı, qanda, toxumalarda və digər bioloji mühitlərdə də mövcuddur.

Tədqiqatçılar bu hissəciklərin yayılma mənbələrini beş əsas kateqoriyaya bölüblər: ətraf mühit, qapalı məkanlar, uşaq məhsulları, tibbi və kosmetik vasitələr, eləcə də qida və içkilər.

Bununla yanaşı, alimlər xüsusilə “gizli mənbələr”ə diqqət yetirilməsinin vacibliyini vurğulayır, çünki bu mənbələr uzunmüddətli təsir yarada bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mikroplastik təhlükəsi artır: alimlər insan sağlamlığı ilə bağlı xəbərdarlıq edir — Fins.az — Fins.az