
“Microsoft” yeni süni intellekt kompüteri və kvant prosessorunu təqdim edib
Fins.az - ABŞ-nin “Microsoft” şirkəti San-Fransiskoda keçirilən illik Build konfransında bir sıra yeni texnologiya layihələrini təqdim edib.
Şirkət yeni Surface RTX Spark Dev Box kompüterini nümayiş etdirib. “Microsoft”un baş direktoru Satya Nadella bu cihazı “arzu olunan kompüter” adlandırıb.
Kompüter yeni Nvidia RTX Spark süni intellekt çipi ilə təchiz olunub. Bildirilir ki, cihaz 120 milyard parametrə malik süni intellekt modelini işlədə bilir. Bu isə bir çox adi fərdi kompüterlərin imkanlarını üstələyir.
Təqdimat zamanı əməliyyat sistemi olmadan işləyə bilən yeni qurğular və şirkətin hazırladığı yeni kvant prosessoru haqqında da məlumat verilib.
“Microsoft”un açıqlamasına görə, Surface RTX Spark Dev Box qiymət baxımından yüksək səviyyəli Apple kompüterləri ilə eyni seqmentdə yer alacaq.