Microsoft ABŞ-də əməkdaşlarının 7%-nə erkən pensiya təklif edəcək

Microsoft ABŞ-də əməkdaşlarının 7%-nə erkən pensiya təklif edəcək

DÜNYA
229

Fins.az - Microsoft şirkəti ABŞ-də çalışan əməkdaşlarının bir hissəsinə erkən pensiyaya çıxmaq təklifi hazırlayır.

Məlumata görə, bu təşəbbüs ölkə üzrə şirkət işçilərinin təxminən 7 faizini əhatə edəcək. Proqram çərçivəsində əməkdaşlara könüllü şəkildə işdən ayrılmaq müqabilində maliyyə kompensasiyası təklif olunacaq.

Bildirilir ki, bu, Microsoft-un yarım əsrlik tarixində ilk belə addımdır.

Şirkətin bu qərarı insan resurslarının optimallaşdırılması və struktur dəyişiklikləri ilə əlaqələndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Microsoft ABŞ-də əməkdaşlarının 7%-nə erkən pensiya təklif edəcək — Fins.az — Fins.az