
Marko Rubio ilə Hakan Fidan arasında görüş keçirilib
Fins.az - ABŞ Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.
Tərəflər Ankarada keçiriləcək NATO Zirvə Toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı müdafiə xərclərinin artırılması və müdafiə sənayesinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, tərəflər Hörmüz boğazının açıq saxlanılması və regionda sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi aparıblar.