
Manuel Noyer dünya çempionatlarında rekord müəyyən edib
Fins.az - Manuel Noyer futbol üzrə dünya çempionatları tarixində qapıçılar arasında ən çox oyun keçirən futbolçu kimi rekorda sahib olub.
Almaniya milli futbol komandasının heyətində dünya çempionatının ikinci turunda Kot-d’İvuar milli futbol komandası ilə oyunda meydana çıxan Noyer mundiallarda 21-ci matçını keçirib.
Bu göstərici ilə o, əvvəlki rekordçu olan fransalı qapıçı Hüqo Llorisni geridə qoyub. Llorisin dünya çempionatlarında 20 oyunu var idi.
40 yaşlı qapıçı 2014-cü ildə Almaniya millisinin tərkibində dünya çempionu titulunu qazanmışdı.