Maliyyə ekspertləri FED-in müstəqilliyini müdafiə edir

Maliyyə ekspertləri FED-in müstəqilliyini müdafiə edir

DÜNYA
429

Finss.az - ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin istefası barədə yayılan söz-söhbətlər maliyyə ekspertləri tərəfindən tənqid olunub.

Bank of America və JPMorgan Chase-in rəhbərləri FES-in müstəqilliyinin qorunmasının vacibliyini vurğulayaraq, siyasi müdaxilənin inflyasiya və faiz dərəcələrinin yüksəlməsinə səbəb ola biləcəyini bildiriblər.

Evercore-un təsisçisi Rodcer Altman isə belə addımın hüquqi çətinliklərlə üzləşəcəyini qeyd edib.

Goldman Sachs-ın CEO-su Devid Solomon faizlərin azaldılması perspektivinin qeyri-müəyyən olduğunu, Deutsche Bank isə Pauellin istefasının bazarlarda kəskin narahatlıq yaradacağını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə ekspertləri FED-in müstəqilliyini müdafiə edir — Fins.az — Fins.az