
Madriddə etirazçılar Sançes hökumətinin istefasını tələb ediblər
Fins.az - Madrid şəhərində yüzlərlə insan İspaniyanın Baş naziri Pedro Sançes hökumətinin istefası tələbi ilə keçirilən yürüşdə iştirak edib.
Etirazçılar hökumətin miqrasiya siyasətindən narazılıqlarını ifadə edib, həmçinin Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaska əleyhinə şüarlar səsləndiriblər.
Aksiya tərkibində 150-dən çox təşkilatı birləşdirən İspaniya vətəndaş cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirdə Vox lideri Santiago Abaskal və Avropa Parlamentinin deputatı Xorxe Buksade də iştirak edib.