LVMH-nin baş direktoru Arnault Bloomberg milyarderlər reytinqində ilk üçlüyü tərk edir

LVMH-nin baş direktoru Arnault Bloomberg milyarderlər reytinqində ilk üçlüyü tərk edir

DÜNYA
271

Fransız iş adamı və LVMH şirkətlər qrupunun qurucusu Bernard Arnault Bloomberg Milyarderlər İndeksinə görə dünyanın ən zəngin adamları sıralamasında ilk üçlüyü tərk edib və dördüncü yerə düşüb.

Finss.az xəbər verir ki, bu ilin əvvəlindən Arnault-un sərvəti 23 milyard dollar azalıb. Hal-hazırda ilk üçlükdə onlayn pərakəndə satış nəhəngi Amazonun qurucusu Jeff Bezos, Meta Corporation-ın baş direktoru Mark Zukerberq və digər amerikalı milyarderlər yer alır. Qeyd etmək lazımdır ki, Arnault ilk onluqda ABŞ vətəndaşı olmayan yeganə şəxsdir.

LVMH qrupu, baş ofisi Parisdə yerləşən və dünya üzrə 70-dən çox lüks brendi, o cümlədən Tiffany & Co, Christian Dior və Dom Perignon kimi markaları özündə birləşdirən ən böyük lüks mallar konqlomeratıdır. Arnault və ailəsi bu şirkətin nizamnamə kapitalının 48%-nə sahibdir.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
LVMH-nin baş direktoru Arnault Bloomberg milyarderlər reytinqində ilk üçlüyü tərk edir — Fins.az — Fins.az