Lufthansa yanacaq xərclərinə görə biletləri bahalaşdıracaq

Lufthansa yanacaq xərclərinə görə biletləri bahalaşdıracaq

DÜNYA
344

Fins.az - Lufthansa aviakompaniyası artan aviayanacaq xərcləri səbəbindən aviabiletlərin bahalaşacağını və bəzi reyslərin azaldılacağını açıqlayıb.

Şirkətin məlumatına görə, 2026-cı ildə yanacaq xərclərinin təxminən 1,7 milyard avro artacağı gözlənilir. Bu artım əsasən Yaxın Şərqdəki gərginlik və təchizat riskləri ilə əlaqələndirilir.

Lufthansa bildirir ki, əlavə xərclər gəlirlərinin artırılması, uçuş şəbəkəsinin optimallaşdırılması və xərclərin azaldılması tədbirləri hesabına kompensasiya ediləcək.

Şirkət həmçinin qeyd edir ki, qlobal yanacaq bazarındakı qeyri-sabitlik aviasiya sektorunda əlavə risklər yaradır və bu, gələcəkdə biletlərin qiymətinə birbaşa təsir göstərə bilər.Lufthansa aviakompaniyası artan aviayanacaq xərcləri səbəbindən aviabiletlərin bahalaşacağını və bəzi reyslərin azaldılacağını açıqlayıb.

Şirkətin məlumatına görə, 2026-cı ildə yanacaq xərclərinin təxminən 1,7 milyard avro artacağı gözlənilir. Bu artım əsasən Yaxın Şərqdəki gərginlik və təchizat riskləri ilə əlaqələndirilir.

Lufthansa bildirir ki, əlavə xərclər gəlirlərinin artırılması, uçuş şəbəkəsinin optimallaşdırılması və xərclərin azaldılması tədbirləri hesabına kompensasiya ediləcək.

Şirkət həmçinin qeyd edir ki, qlobal yanacaq bazarındakı qeyri-sabitlik aviasiya sektorunda əlavə risklər yaradır və bu, gələcəkdə biletlərin qiymətinə birbaşa təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lufthansa yanacaq xərclərinə görə biletləri bahalaşdıracaq — Fins.az — Fins.az