
Lufthansa 1,5 milyard avro zərər etdiyini AÇIQLAYIB
"Deutsche Lufthansa AG" aviaşirkəti ikinci rübdə bir il əvvəl 226 milyon avro mənfəət qarşı 1,5 milyard avro xalis zərər açıqlayıb.
Fins.az xəbər veri ki,aviaşirkətin rüblük gəliri 80% azalaraq bir il əvvəlki 9.58 milyard avrodan 1.89 milyard avroya düşüb. Vergidən və faizdən əlavə qeydə alınan zərər (EBIT) bir il əvvəl qeydə alınmış mənfəətə qarşı 1,68 milyard avro təşkil edib.
Lufthansa-nın uçuşları ikinci rübdə 95% azalıb. Şirkət, üçüncü və dördüncü rüblərdə tədricən daşınma gücünü artırmağı planlaşdırdığını bildirib..
Üçüncü rübdə qısamüddətli və ortahəcmli nəqliyyat daşınmalarının ötən ilin həcminin 40% -ə, uzun məsafəli nəqliyyatda isə 20% -ə çatacağı gözlənilir. Dördüncü rübdə Lufthansanın planlarına uyğun olaraq bu rəqəmlər müvafiq olaraq təxminən 55% və 50% olacaq.
"Tələbatın 2024-cü ildən əvvəl böhrandan əvvəlki səviyyələrə qayıdacağını gözləmirik. Xüsusilə uzunmüddətli marşrutlarda sürətli bərpa gözlənilmir" deyə qeyd edib Lufthansa-nın rəhbəri Karsten Spohr.
Qeyd edək ki, bu gün hərracda Lufthansa səhmləri 2,1% yüksəlib. Aviaşirkətin kapitallaşması ilin əvvəlindən 49% azalaraq 4,6 milyard avroya enib.
Müəllif:Aynur Qəniyeva