
Luçano Spaletti A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi seçilib
Fins.az - Luçano Spaletti İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi seçilib. O, hazırda Juventus komandasını çalışdırır.
Turin təmsilçisi Spalettinin rəhbərliyi altında ötən ay uğurlu nəticələr əldə edib. Komanda “Cenoa”nı 2:0, “Atalanta”nı 1:0, “Bolonya”nı 2:0 hesabı ilə məğlub edib, “Milan”la isə 0:0 heç-heçə oynayıb.
Hazırda “Juventus” İtaliya A Seriyasının turnir cədvəlində 64 xalla 4-cü pillədə qərarlaşıb.