Londonda “Kensington Gardens” parkı şübhəli əşyalar səbəbilə bağlanıb

Londonda “Kensington Gardens” parkı şübhəli əşyalar səbəbilə bağlanıb

DÜNYA
265

Fins.az - Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Kensington Gardens” parkı polis tərəfindən müvəqqəti bağlanıb.

Buna səbəb ərazidə bir neçə şübhəli əşyanın aşkar olunması və bununla bağlı araşdırmanın aparılmasıdır.

Metropoliten Polis Xidmətinin məlumatına görə, sosial şəbəkələrdə yayılan və İsrail səfirliyinin hədəf alındığını iddia edən videodan sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Lakin polis səfirliyə hər hansı hücumun baş vermədiyini bildirib.

Araşdırmalar başa çatana qədər parkın bağlı qalacağı açıqlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Londonda “Kensington Gardens” parkı şübhəli əşyalar səbəbilə bağlanıb — Fins.az — Fins.az