
Londonda iki böyük etiraz aksiyası keçirilib
Fins.az - Londonda bu gün on minlərlə insanın iştirakı ilə iki fərqli etiraz aksiyası keçirilib.
Tommy Robinson tərəfindən təşkil edilən “Unite the Kingdom” yürüşü ilə yanaşı, Fələstinə dəstək məqsədli aksiya da baş tutub.
Təhlükəsizliyin təmin olunması üçün şəhərdə 4 mindən çox polis əməkdaşı səfərbər edilib. Əməliyyat zamanı dronlardan, atlı polis bölmələrindən və zirehli texnikadan da istifadə olunub.