
Londonda “Azərbaycan Evi”nin rəhbəri Əli Tekin Atalar vəfat edib
Fins.az - Böyük Britaniyadakı Azərbaycan icmasının nümayəndəsi, Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” Dostluq Mədəniyyət Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
Səfirliyin bəyanatında qeyd olunub ki, Əli Tekin Atalar Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərib.
Bildirilib ki, onun Azərbaycan–Böyük Britaniya əlaqələrinin inkişafına, eləcə də Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr daim xatırlanacaq.