
London marafonu 2027-ci ildə ilk dəfə iki gün keçiriləcək
Fins.az - London marafonu 2027-ci ildə xüsusi formatda təşkil olunacaq və ilk dəfə iki gün ərzində keçiriləcək.
Yarış 24–25 aprel 2027-ci il tarixlərində baş tutacaq.
Təşkilatçıların məlumatına görə, qərar daha çox iştirakçıya imkan yaratmaq məqsədilə qəbul edilib. 2027-ci il üçün rekord sayda – 1,33 milyon nəfər marafonda iştirak üçün müraciət edib.
Yeni format sayəsində ümumilikdə 100 min iştirakçının yarışa qoşulması planlaşdırılır ki, bu da seçim imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.