Litva kritik infrastrukturun bərpası üçün Ukraynaya 13 milyon avro ayırdı

Litva kritik infrastrukturun bərpası üçün Ukraynaya 13 milyon avro ayırdı

DÜNYA
215

Finss.az xəbər verir ki, Litva hökuməti Ukraynaya infrastrukturun bərpası üçün 13 milyon avro məbləğində ünvanlı yardım göndərmək qərarına gəlib.

“Ukraynaya kritik və sosial infrastrukturun bərpası ehtiyacları üçün 13 milyon avro köçürüləcək”, - bəyanatda deyilir.

Vilnüs bu vəsaitləri dövlət zəmanəti ilə borc götürmək niyyətindədir.

Litva Ukraynaya yardım üçün ayırdığı ümumi daxili məhsulun payına görə Kiyevin tərəfdaşları arasında liderlərdən biridir. Ukrayna böhranı başlayandan buna 1,45 milyard avro xərclənib.
 

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Litva kritik infrastrukturun bərpası üçün Ukraynaya 13 milyon avro ayırdı — Fins.az — Fins.az