Lionel Messi İspaniyada futbol klubunun sahibi olub

Lionel Messi İspaniyada futbol klubunun sahibi olub

DÜNYA
344

Fins.az - Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyanın üçüncü divizionunda çıxış edən “Kornelya” futbol klubunu satın alıb.

Məlumata görə, bu addım Messinin futbol karyerasından kənar biznes fəaliyyətlərini genişləndirməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun da İspaniyanın ikinci liqasında çıxış edən “Almeriya” klubunun səhmlərinin bir hissəsini aldığı barədə məlumat yayılmışdı.

38 yaşlı Messi futbol tarixinin ən uğurlu oyunçularından biri hesab olunur. O, səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb, “Barselona” ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə Argentina millisi ilə dünya çempionu tituluna yiyələnib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...