Latviyanın Baş naziri istefa verib

Latviyanın Baş naziri istefa verib

DÜNYA
293

Fins.az - Evika Siliņa Latviyanın Baş naziri vəzifəsindən istefa verib.

Latviya mediasının məlumatına görə, hakim koalisiyaya daxil olan The Progressives partiyası ölkə Prezidenti Edgars Rinkēvičsə yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə başlamaq çağırışı edib.

Bildirilir ki, “Proqressivlər” partiyası ilə Siliņa arasında keçirilən görüşdə tərəflər əməkdaşlıq məsələlərində ortaq mövqeyə gələ bilməyiblər. Nəticədə hökumətin faktiki olaraq fəaliyyət qabiliyyətini itirdiyi qənaətinə gəlinib.

Baş nazirin istefası Latviyada yeni siyasi danışıqlar və mümkün koalisiya dəyişiklikləri mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Latviyanın Baş naziri istefa verib — Fins.az — Fins.az