
Latviya NATO-da daha güclü kollektiv müdafiəyə çağırıb
Fins.az - Latviya NATO daxilində daha güclü kollektiv müdafiə sisteminin qurulmasının vacibliyini vurğulayıb.
Rusiya və Belarusla sərhəddə yerləşən Baltikyanı ölkə 2027-ci ildən etibarən ümumi daxili məhsulunun ən azı 5 faizini müdafiə xərclərinə ayırmağı qanunla təsbit edən NATO-nun ilk üzvü olub.
Latviyanın xarici işlər naziri Baiba Braže bildirib ki, hazırkı təhlükəsizlik şəraitində Alyans daxilində “ön cəbhə” və “arxa cəbhə” anlayışları arasında fərq qalmayıb.
Onun sözlərinə görə, bütün NATO üzvləri ümumi təhlükəsizlik sisteminin bir hissəsidir və kollektiv müdafiənin gücləndirilməsi Alyansın əsas prioritetlərindən biri olmalıdır.