
Lada Vesta-nın yeni versiyası istehsala buraxılıb
Fins.az - AvtoVAZ Lada Vesta modelinin klimat-kontrol və telematika sistemi ilə təchiz olunan yeni versiyasının istehsalına başladığını açıqlayıb.
Şirkətin məlumatına görə, yeni modifikasiya sürücülərə daha yüksək komfort və genişləndirilmiş rəqəmsal funksiyalar təqdim edəcək. Lada Vesta ailəsi sedan və universal kuzov variantlarında istehsal olunur. Modelin 2026-cı il versiyasının satışına Rusiyada 2025-ci ilin dekabrında başlanılıb.