
Küveyt xarici sərmayədarlara 15 ilədək yaşamaq hüququ verəcək
Fins.az - Küveyt Nazirlər Kabineti xarici sərmayədarların ölkədə uzunmüddətli yaşamasına imkan verən yeni qaydaları təsdiqləyib.
Yeni qərara əsasən, birbaşa investisiyaların təşviqi haqqında qanuna uyğun fəaliyyət göstərən xarici investorlar üçün 15 ilədək investor yaşayış icazəsi verilə biləcək.
Qərarın məqsədi ölkəyə xarici investisiyaların cəlb olunmasını artırmaq və beynəlxalq sərmayədarlar üçün daha əlverişli mühit yaratmaqdır.