Kuşvada qasırğadan zərər görən 28 ev bərpa olunub

Kuşvada qasırğadan zərər görən 28 ev bərpa olunub

DÜNYA
180

Fins.az - Rusiyanın Sverdlovsk vilayətinin Kuşva şəhərində iyunun 22-də baş vermiş qasırğanın nəticələrinin aradan qaldırılması işləri davam edir.

Vilayətin qubernatoru Denis Paslerin sözlərinə görə, indiyədək qasırğadan zərər görmüş 28 yaşayış evi bərpa edilib.

Hazırda ərazinin təmizlənməsi, elektrik və qaz təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Həftəsonu bu işlərə 115 nəfər cəlb olunsa da, bazar ertəsindən etibarən onların sayı 150-yə çatdırılıb.

Bundan əlavə, uşaq bağçalarında təmir işləri başa çatdırılıb və məktəbəqədər təhsil müəssisələri yenidən fəaliyyətə başlamağa hazırlanır. Məktəbin damı yağış sularının binaya daxil olmaması üçün müvəqqəti örtülüb, əsaslı təmirin tamamlanması məqsədilə tikinti materialları sifariş edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kuşvada qasırğadan zərər görən 28 ev bərpa olunub — Fins.az — Fins.az