Krımda yanacağın sərbəst satışı müvəqqəti dayandırılıb

Krımda yanacağın sərbəst satışı müvəqqəti dayandırılıb

DÜNYA
174

Fins.az - Krımda yanacağın sərbəst satışı və talonlarla verilməsi müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, qərar iyunun 21-də saat 09:00-dan etibarən qüvvəyə minib. Bundan sonra yanacaq doldurma məntəqələrində benzin və dizel yanacağının həm nağd, həm də nağdsız ödənişlə, eləcə də talonlar vasitəsilə satışı dayandırılıb.

Qərar həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə şamil edilir.

Məhdudiyyətin tətbiq edilməsinin səbəbləri və yanacaq satışının nə vaxt bərpa olunacağı barədə əlavə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Krımda yanacağın sərbəst satışı müvəqqəti dayandırılıb — Fins.az — Fins.az