
Kreml Macarıstanın yeni rəhbərliyini təbrik etməyəcək
Fins.az - Kreml Macarıstanda keçirilən parlament seçkilərindən sonra formalaşan yeni rəhbərliyə təbrik göndərməyi planlaşdırmır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələri “qeyri-dost dövlətlər” kimi qiymətləndirir və bu səbəbdən həmin ölkələrin rəhbərliklərinə təbrik mesajları ünvanlanmır.
O, eyni zamanda Macarıstanın sabiq Baş naziri Viktor Orbanla münasibətlərə toxunaraq qeyd edib ki, tərəflər arasında əvvəl də dialoq mövcud olub.