Koronavirus qlobal ÜDM-in artımını cüzi azaldacaq

Koronavirus qlobal ÜDM-in artımını cüzi azaldacaq

DÜNYA
827

ABŞ-ın “Goldman Sachs” investisiya bankı Çində yayılmış koronavirusun təsiri ilə bu il qlobal ümumi daxili məhsulun (ÜDM) artımının 0,1-0,2 faiz bəndi azalacağını proqnozlaşdırır.

Məlumata görə, bank Çin rəsmilərinin səyləri nəticəsində koronavirusun yayılmasının fevral-mart aylarında zəifləyəcəyini və bu il qlobal ÜDM-də artımın ötən ilə nisbətən 0,15 faiz bəndi artaraq 3,25%-ə çatacağını proqnozlaşdırır. "Goldman Sachs" hesab edir ki, ÜDM-in artımındakı mümkün azalma əsasən bu ilin I yarısında qeydə alınacaq və ötən ilin I yarısına nisbətən 2 faiz bəndi təşkil edəcək. 

© "Report"

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Koronavirus qlobal ÜDM-in artımını cüzi azaldacaq — Fins.az — Fins.az