Koronavirus Gürcüstanın dövlət büdcəsinə 588 milyon dollar ziyan vurub

Koronavirus Gürcüstanın dövlət büdcəsinə 588 milyon dollar ziyan vurub

DÜNYA
831

Koronavirus Gürcüstan iqtisadiyyatına 1 milyard 800 milyon lari (588 milyon dollar) ziyan vurub.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentin komitə iclasındakı çıxışında bildirib. O deyib ki, ən böyük itki vergi sistemində olub. Pandemiya dövründə vergi daxilolmaları 1 milyard 555 milyon lari azalıb.

Nazir müavininin sözlərinə görə, pandemiya səbəbindən cari ilin dövlət büdcəsi 800 milyon lari azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Koronavirus Gürcüstanın dövlət büdcəsinə 588 milyon dollar ziyan vurub — Fins.az — Fins.az