Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləyir

Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləyir

DÜNYA
294

Fins.az - ABŞ ilə İran arasında atəşkəs razılığı əldə olunmasına baxmayaraq, Hörmüz boğazı hələ də bağlı qalır. Bu isə dünya bazarında neftin qiymətinin yüksək səviyyədə qalmasına səbəb olur.

İran boğazdan keçən gəmilərə tranzit rüsumu tətbiq etməyi planlaşdırır. İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, qanun layihəsi hazırlanıb və parlamentə təqdim ediləcək. Planlar gerçəkləşsə, tranzit rüsumlarından ildə 64 milyard dollar gəlir əldə edilə bilər.

“The New York Times” mənbələrinə istinadla yazır ki, İran hər gəmi üçün 2 milyon dollar vergi nəzərdə tutur. Hələlik bu plana digər dövlətlərdən rəsmi münasibət gəlməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...