
Konqoda Ebola virusundan ölənlərin sayı 600-ə çatıb
Fins.az - Konqo Demokratik Respublikasında Ebola virusu səbəbindən ölənlərin sayı 600 nəfərə çatıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölkədə indiyədək 1 759 Ebola yoluxması təsdiqlənib və epidemioloji vəziyyət ağır olaraq qalır. Ən mürəkkəb durum ölkənin şərqində yerləşən İturi əyalətində müşahidə olunur. Mütəxəssislər xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini bildirirlər.