Konqoda Ebola virusundan ölənlərin sayı 139-a çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 139-a çatıb

DÜNYA
1,073

Fins.az - Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində 3 nəfər artaraq 139-a yüksəlib.

Məlumatı ölkənin Rabitə və Media Nazirliyi gündəlik bülletenində açıqlayıb.

Rəsmi məlumatlara əsasən, təsdiqlənmiş yoluxma halları 13 nəfər artaraq 689-a çatıb.

Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün monitorinq və karantin tədbirlərini gücləndirməyə davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Konqoda Ebola virusundan ölənlərin sayı 139-a çatıb — Fins.az — Fins.az