
Konqoda Ebola virusu sürətlə yayılır
Fins.az - Konqo Demokratik Respublikasınin şimal-şərqində Ebola virusunun yayılması davam edir və vəziyyət ciddi narahatlıq doğurur.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 710-a, ölənlərin sayı isə ən azı 149-a çatıb.
Son 24 saat ərzində daha 21 yeni yoluxma halı qeydə alınıb.
Səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq üçün monitorinq və nəzarət tədbirlərini gücləndirməyə davam edir.