
Kenyada qızıl mədəninin çökməsi nəticəsində azı 15 nəfər ölüb
Fins.az - Kenyanın şimal-qərbində qeyri-qanuni qızıl hasilatı aparılan mədənin çökməsi nəticəsində azı 15 nəfər həyatını itirib.
Məlumata görə, faciə zamanı ölənlər arasında 10 qadın da var. Hadisə nəticəsində 12 nəfər sağ qalaraq xəstəxanaya yerləşdirilib.
Hazırda xilasedici qruplar ərazidə axtarış işlərini davam etdirir və itkin düşənlərin olduğu bildirilir. Kenya Red Cross Society rəsmiləri ölənlərin sayının artma ehtimalını istisna etmirlər.