Karl III Trampın Böyük Britaniyaya səfərinə qarşı çıxıb

Karl III Trampın Böyük Britaniyaya səfərinə qarşı çıxıb

DÜNYA
373

Fins.az - Böyük Britaniyanın monarxı Karl III 2025-ci ildə ABŞ prezidenti Donald Trampın ikinci dövlət səfərinə qarşı olub.

The Spectator jurnalının məlumatına görə, Bukinhem sarayı Trampın yenidən dövlət səfəri etmə ideyasına etinasız yanaşmayıb, əksinə, “qəti və ardıcıl şəkildə etiraz edib”.

Karl III-nün şəxsi katibi Klive Olderton ilk olaraq amerikalı liderlə qeyri-rəsmi görüş təşkil etməyi, tam dövlət səfərini isə 2026 və ya 2027-ci ildə həyata keçirməyi təklif edib. Lakin Böyük Britaniyanın baş naziri Kir Starmarın administrasiyası bu senarini rədd edib və saray hökumətin “rəsmi konstitusion məsləhət” prosedurundan istifadə edərək monarka göstəriş verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Karl III Trampın Böyük Britaniyaya səfərinə qarşı çıxıb — Fins.az — Fins.az