JPMorgan baş direktoru maaşı və bonusları açıqlanıb

JPMorgan baş direktoru maaşı və bonusları açıqlanıb

DÜNYA
378

Finss.az xəbər verir ki, JPMorgan Chase & Co. (SPB: JPM) şirkətinin baş direktoru Ceymi Dimon 2025-ci ildə 43 milyon dollar qazanc əldə edib. Bu, Dimonun JPMorgan baş direktoru vəzifəsində 2006-cı ildən bəri aldığı ən yüksək kompensasiyadır.

Keçən ilin ümumi qazancına 1,5 milyon dollarlıq baza maaşı5 milyon dollarlıq nağd bonus daxildir, qalan hissəsi isə səhmlərdə ödənilib. 2024-cü ildə Dimon eyni baza maaşı ilə 39 milyon dollar qazanmışdı.

Bankın maliyyə göstəricilərinə görə, JPMorgan-ın 2025-ci ildə xalis mənfəəti 2% azalaraq 57 milyard dollara düşüb, lakin bankın səhmlərinin qiyməti təxminən 34% artıb.

Analitiklər bildirirlər ki, Dimonun yüksək kompensasiyası bankın maliyyə sabitliyi və səhmdar mənfəətinə uyğun olaraq təyin olunub, eyni zamanda ABŞ bank sektorunda rəhbər qazancının yüksək səviyyəsini nümayiş etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
JPMorgan baş direktoru maaşı və bonusları açıqlanıb — Fins.az — Fins.az