"Johnson & Johnson"un xalis mənfəəti ötən il 3%-dək azalıb

"Johnson & Johnson"un xalis mənfəəti ötən il 3%-dək azalıb

DÜNYA
418

2020-ci ilin sonunda dünyanın ən böyük sağlamlıq məhsulları istehsalçısı olan "Johnson & Johnson" ("J&J") şirkətinin xalis mənfəəti illik ifadədə 2,7% azalaraq 14,714 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunub ki, hesabat ilində səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 5,63 dollara qarşı 5,51 dollar təşkil edib. Şirkətin gəliri 0,6% artaraq 82,584 mlrd. dollara çatıb.

Ötən ilin IV rübünün sonunda "J&J" 1,738 mlrd. dollar həcmində xalis mənfəət əldə edib ki, bu da ötən ilin analoji rübü ilə müqayisədə 2,3 dəfə azdır. Səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 1,5 dollara qarşı 0,65 dollar təşkil edib. Şirkətin gəliri oktyabr-dekabr aylarında illik nisbətdə 8,3% artaraq 22,475 mlrd. dollara çatıb, halbuki analitiklər rüblük gəlirin 21,69 mlrd. dollar olacağını gözləyirdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Johnson & Johnson"un xalis mənfəəti ötən il 3%-dək azalıb — Fins.az — Fins.az