Jeff Bezos və NASA arasındakı 'kosmos müharibəsi"

Jeff Bezos və NASA arasındakı 'kosmos müharibəsi"

DÜNYA
498

Jeff Bezos -a məxsus Blue Origin, NASA -nı Space X ilə 2.9 milyard dollarlıq bir Aya eniş müqaviləsi ilə əlaqədar məhkəməyə verir.
Fins.az xəbər verir ki,  Amerikalı milyarder iş adamı Jeff Bezosun sahibi olduğu Blue Origin aerokosmik şirkəti, Artemis proqramı çərçivəsində Space X ilə imzalanan 2.9 milyard dollarlıq Aya eniş üçün nəqliyyat vasitəsi ilə bağlı müqavilənin icrası gecikdiyi üçün NASA -ya qarşı federal məhkəməyə iddia qaldırıb.

Blue Origin, "NASA -nın İnsan Eniş Sisteminin (HLS) tender prosesində rast gəlinən qüsurları aradan qaldırmaq məqsədi ilə"  məhkəməyə müraciət etdiklərini açıqlayıb.

Məxfilik əmri olan iddiada, NASA -nın Aya enən maşınla bağlı təklifləri "qanunsuz" olaraq qiymətləndirdiyi iddia edilir.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Jeff Bezos və NASA arasındakı 'kosmos müharibəsi" — Fins.az — Fins.az