
Jeep Avropa üçün üç yeni model hazırlayır
Fins.az - Jeep 2030-cu ilədək Avropa bazarı üçün üç yeni avtomobil təqdim etməyi planlaşdırır.
Layihə Stellantis konserni ilə Çinin Dongfeng Motor Corporation şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Planlara əsasən, model sırasına iki kompakt krossover və bir iri həcmli SUV əlavə olunacaq. Yeni krossoverlər ölçü baxımından hazırkı Jeep Avenger modelindən daha böyük olacaq, iri SUV isə gələcək Jeep Recon ilə eyni seqmentdə yer alacaq.
Şirkət hələlik yeni modellərin adlarını və texniki xüsusiyyətlərini açıqlamayıb.