
İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib
Fins.az - Antonio Tayani ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.
Nazirin bu qərarı Donald Trampın İtaliyanın Baş naziri Ciorcia Meloni barədə səsləndirdiyi fikirlərlə əlaqələndirilir.
Tayani bildirib ki, Trampın Meloni haqqında dedikləri bütün İtaliyaya qarşı təhqir kimi qiymətləndirilə bilər.
Buna görə də o, iyunun 21–22-də ABŞ-yə nəzərdə tutulan səfərini ləğv etmək qərarına gəldiyini açıqlayıb.