İsveçin iqlim göstəriciləri Aİ hədəflərindən geri qalır

İsveçin iqlim göstəriciləri Aİ hədəflərindən geri qalır

DÜNYA
193

Fins.az - İsveçin Ətraf Mühitin Mühafizəsi Agentliyinin ilkin məlumatlarına görə, ötən il ölkədə istixana qazı tullantıları əvvəlki illə müqayisədə 3 faiz azalaraq 46,7 milyon ton CO₂ ekvivalenti təşkil edib.

Bununla belə, göstərici hələ də hazırkı hökumətin hakimiyyətə gəldiyi 2022-ci ildəki səviyyədən yüksək olaraq qalır.

Ekspertlərin fikrincə, bu azalma 2024-cü ildə qeydə alınmış və son illərin ən yüksək göstəricilərindən biri sayılan 7 faizlik artımın təsirlərini tam kompensasiya etməyib.

Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət İsveçin iqlim siyasəti ilə Avropa İttifaqının müəyyən etdiyi uzunmüddətli iqlim hədəfləri arasındakı fərqin artdığını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçin iqlim göstəriciləri Aİ hədəflərindən geri qalır — Fins.az — Fins.az