İsveçdə partiya sədrinin kitabı ilə bağlı araşdırma müzakirələrə səbəb olub

İsveçdə partiya sədrinin kitabı ilə bağlı araşdırma müzakirələrə səbəb olub

DÜNYA
142

Fins.az - İsveçdə yayımlanan “Kalla Fakta” proqramının araşdırması ölkədə geniş müzakirələrə səbəb olub.

Araşdırmaya görə, İsveç Demokratları partiyasının törəmə şirkəti partiya sədri Yimmi Okessonun “Asp & Lycke” nəşriyyatı tərəfindən çap olunan “Müasir xalq evi” kitabının təxminən 80 min nüsxəsini satın alıb.

Bildirilir ki, bu əməliyyat nəşriyyata 2018-ci ildə 1,7 milyon İsveç kronundan çox dövriyyə əldə etməyə imkan verib.

Tənqidçilər hesab edirlər ki, dövlət subsidiyalarından faydalanan siyasi qurumun öz sədrinə məxsus şirkətdən məhsul alması maraqların toqquşması ilə bağlı suallar yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçdə partiya sədrinin kitabı ilə bağlı araşdırma müzakirələrə səbəb olub — Fins.az — Fins.az