İsveçdə NATO ölkələrinin iştirakı ilə “Aurora-26” hərbi təlimləri başlayıb

İsveçdə NATO ölkələrinin iştirakı ilə “Aurora-26” hərbi təlimləri başlayıb

DÜNYA
429

Fins.az - İsveçdə NATO ölkələrinin və Ukrayna hərbi qulluqçularının iştirakı ilə “Aurora-26” adlı iri miqyaslı hərbi təlimlərə start verilib.

İsveç Silahlı Qüvvələrinin məlumatına görə, təlimlər ölkənin ən böyük milli hərbi manevrlərindən biri hesab olunur. Ümumilikdə 16 mindən çox İsveç hərbçisi və təxminən 1500 xarici hərbi qulluqçu iştirak edir.

Xarici iştirakçılar arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviya hərbçiləri yer alır.

Mayın 13-dək davam edəcək təlimlərin əsas məqsədi İsveç və NATO ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi, strateji ərazilərin qorunması və Baltik regionunda təhlükəsizlik ssenarilərinin işlənməsidir.

Manevrlər İsveçin cənub və mərkəzi bölgələrində, Qotland adasında və Baltik dənizi akvatoriyasında keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçdə NATO ölkələrinin iştirakı ilə “Aurora-26” hərbi təlimləri başlayıb — Fins.az — Fins.az