
İsveçdə idxal balında geniş saxtakarlıq halları aşkarlanıb
Fins.az - İsveçdə mağazalarda satılan idxal bal məhsullarında geniş miqyaslı saxtakarlıq halları aşkar edilib.
Arıçılıq sənayesi təşkilatı tərəfindən aparılan araşdırmada 36 nümunə analiz olunub və bütün hallarda məhsulların tərkibində yalnız az miqdarda həqiqi bal olduğu müəyyən edilib. Qalan hissənin isə müxtəlif siroplardan ibarət olduğu ortaya çıxıb.
Xüsusilə Asiya mənşəli, o cümlədən düyü əsaslı siropların istifadə edildiyi bildirilir. Çin mənşəli ucuz idxal məhsullarının bazara təzyiq göstərdiyi və yerli istehsalçıların vəziyyətini çətinləşdirdiyi qeyd olunur.
Təşkilatın rəhbəri İngve Kilberq bildirib ki, bazarda keyfiyyətsiz və qarışıq məhsulların artması ciddi nəzarət ehtiyacını ortaya qoyur.