İsveç məhbusların Estoniya həbsxanalarına köçürülməsinə başlayır

İsveç məhbusların Estoniya həbsxanalarına köçürülməsinə başlayır

DÜNYA
207

Fins.az - İsveç həbsxanalarda yer çatışmazlığı səbəbindən avqust ayından etibarən məhbusların Estoniyaya köçürülməsinə başlayacaq.

İlkin mərhələdə 30 məhbus Estoniyanın Tartu şəhərində yerləşən həbsxanaya göndəriləcək. Planlara əsasən, 2027-ci ilin yayına qədər Estoniyada cəza çəkən İsveç məhbuslarının sayı 600 nəfərə çatdırılacaq.

Qərara əsasən, terrorçuluq, dövlətə xəyanət, casusluq cinayətlərinə görə məhkum olunanlar, həmçinin mütəşəkkil cinayətkar qruplar və radikal təşkilatlarla əlaqəli şəxslər təhlükəsizlik səbəbindən Estoniyaya köçürülməyəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç məhbusların Estoniya həbsxanalarına köçürülməsinə başlayır — Fins.az — Fins.az