
İraq OPEC-dən çıxmaq ehtimalını gündəmə gətirib
Fins.az - İraqın Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq ehtimalını nəzərdən keçirdiyi bildirilir.
Məlumata görə, yüksəkvəzifəli İraq rəsmisi OPEC tərəfindən ölkəyə daha yüksək neft hasilatı kvotası ayrılmayacağı təqdirdə, Bağdadın gələcəkdə təşkilatdan çıxma məsələsini nəzərdən keçirə biləcəyini bəyan edib.
Onun sözlərinə görə, İraq İranla bağlı münaqişə dövründə neft satışlarında yaranmış itkilərin və maliyyə çətinliklərinin kompensasiya edilməsi məqsədilə hasilatı artırmaq niyyətindədir.
Bununla yanaşı, rəsmi vurğulayıb ki, hazırkı mərhələdə İraq OPEC-də qalmağa davam edəcək və təşkilatdan çıxmaqla bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.