İrana qarşı yeni sanksiyalar tətbiq edilib

İrana qarşı yeni sanksiyalar tətbiq edilib

DÜNYA
379

Bakı 06 Yanvar Fins.az

ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar siyahısını daha da genişləndirərək ona məxsus 16 şirkətin adını sanksiyalar siyahısına əlavə edib.

Azərtac ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, sanksiyalar əsasən metallurgiya sahəsində fəaliyyət göstərən şirkətlərə tətbiq edilib. Bununla yanaşı, Çin, Almaniya və Böyük Britaniyada fəaliyyət göstərən bəzi şirkətlər də sanksiya rejimini pozmaqda ittiham edilərək adları siyahıya salınıb.

ABŞ-ın tətbiq etdiyi sanksiyalar qanununa əsasən bu şirkətlərin ABŞ-da olan aktivləri dondurulur və onlarla hər hansı əlaqə qurmaq qadağan edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İrana qarşı yeni sanksiyalar tətbiq edilib — Fins.az — Fins.az