
İqtisadçılar: Böyük Britaniya BVF-dən yardım istəmək məcburiyyətində qala bilər
Fins.az - Bir qrup tanınmış iqtisadçı Böyük Britaniyanın onilliyin sonuna qədər borc böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, bu vəziyyət ölkə hökumətini Beynəlxalq Valyuta Fondundan (BVF) yardım istəməyə məcbur edə bilər.
BVF-nin keçmiş baş iqtisadçısı, hazırda Harvard Universitetinin professoru Kenneth Rogoff bu barədə xəbərdarlıq xarakterli açıqlama verib.
O bildirib ki, Böyük Britaniyada artan dövlət borcu və iqtisadi təzyiqlər ciddi maliyyə riskləri yaradır.
Mütəxəssislər hesab edirlər ki, vəziyyətin inkişafı hökumətin gələcək fiskal siyasətindən asılı olacaq.