“İnter Mayami” MLS-də “Orlando”ya məğlub olub

“İnter Mayami” MLS-də “Orlando”ya məğlub olub

DÜNYA
403

Fins.az - Inter Miami CF ABŞ-ın MLS çempionatında “Orlando” komandasına 3:4 hesabı ilə uduzub.

Qonaqların heyətində Martin Oheda 39-cu, 68-ci və 78-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Tayris Spayser isə 90+3-cü dəqiqədə son qolu vurub.

Inter Miami CF tərəfdən qolları İen Frey (4), Telasko Seqoviya (25) və Lionel Messi (33) vurub.

Bu nəticədən sonra “İnter Mayami” 11 oyundan sonra 19 xalla Şərq Konfransında 3-cü yerdə qərarlaşıb. “Orlando” isə 10 xalla 13-cü pillədədir.

Növbəti turda Inter Miami CF 9 mayda “Toronto” ilə səfərdə qarşılaşacaq, “Orlando” isə “Monreal”a qonaq olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“İnter Mayami” MLS-də “Orlando”ya məğlub olub — Fins.az — Fins.az