İngiltərənin geri addım atması funt sterlinqin məzənnəsini xilas edib

İngiltərənin geri addım atması funt sterlinqin məzənnəsini xilas edib

DÜNYA
351

İngiltərə Maliyyə Naziri Kwasi Kwartengin illik 150 min sterlinqdən çox gəliri olanlardan 45% vergi alınmasının ləğvi ilə əlaqədar geri addım atması funt sterlinqin məzənnəsinin çökməsini əngəlləyib.

Nazir bu gün səhər saatlarında “45%-lik verginin ləğvində irəli getməyəcəyik”-deyə açıqlama verib.

Qeyd edək ki, Kwartengin 23 sentyabrda müvafiq açıqlamasından sonra funt sterlinqin məzənnəsi ABŞ dolları ilə müqayisədə 1,0350 səviyyəsinə qədər geriləyib. Bu da, məzənnənin 1970-ci illərdən etibarən ən aşağı səviyyəsi hesab olunur. Hazırda GBP/USD məzənnəsi 1,12 səviyyəsində qərarlaşıb. Məzənnənin tarixi maksimum səviyyəsi isə 2007-ci ilin oktyabrında 2.08 səviyyə olaraq qeydə alınıb.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərənin geri addım atması funt sterlinqin məzənnəsini xilas edib — Fins.az — Fins.az