
İngiltərənin Dünya Kubokundakı uğuru Britaniya iqtisadiyyatına milyardlarla funt qazandıra bilər
Fins.az - İngiltərə millisinin futbol üzrə Dünya Kubokunda uğurlu çıxışı Böyük Britaniya iqtisadiyyatına 7,6 milyard funt sterlinq həcmində töhfə verə bilər.
Məlumata görə, İngiltərə ilə Norveç arasında keçiriləcək dörddəbir final qarşılaşmasını 24,1 milyon tamaşaçının izləyəcəyi gözlənilir. Bu göstəricinin turnirin ən yüksək televiziya auditoriyalarından biri olacağı proqnozlaşdırılır.
Hesabata əsasən, azarkeşlər oyun zamanı ümumilikdə 385,5 milyon funt sterlinq xərcləyəcəklər. Bu, İngiltərə millisinin cari Dünya Kubokunda keçirdiyi oyunlar arasında ən yüksək istehlak göstəricisi hesab olunur.