
İngiltərədə iyun ayı üzrə temperatur rekordu yenidən yenilənib
Fins.az - İngiltərədə rekord istilər davam edir və iyun ayı üzrə ən yüksək temperatur göstəricisi yenidən qeydə alınıb.
Ölkənin meteorologiya xidməti London və İngiltərənin cənub-şərq bölgələri üçün elan edilmiş qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığının müddətini uzadıb.
İlkin məlumatlara görə, Somerset qraflığının Yeovilton şəhərində havanın temperaturu 36,4 dərəcəyə çatıb. Bununla da bir gün əvvəl Qosport şəhərində qeydə alınmış 36,1 dərəcəlik göstərici geridə qalıb.