İngiltərə millisinin avadanlıqları dünya çempionatı öncəsi oğurlanıb

İngiltərə millisinin avadanlıqları dünya çempionatı öncəsi oğurlanıb

DÜNYA
174

Fins.az - İngiltərə milli futbol komandasının butsları, topları və digər məşq avadanlıqları dünya çempionatı öncəsi oğurlanıb.

Məlumata görə, oğurluq komandanın əşyaları Floridadakı bazadan Missuridə yerləşən məşq düşərgəsinə daşınarkən baş verib.

Kansas City polisi hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb.

İngiltərə millisi çərşənbə günü Xorvatiya milli futbol komandası ilə Dallas şəhərində qarşılaşacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərə millisinin avadanlıqları dünya çempionatı öncəsi oğurlanıb — Fins.az — Fins.az